"Qarabağ"ın "Şkendiya" ilə ÇL matçlarının hakimləri açıqlandı

"Qarabağ"ın "Şkendiya" ilə ÇL matçlarının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın Şimali Makedoniya klubu "Şkendiya" ilə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb. 

"Mediasport" xəbər verir ki, Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan çempionu ilk matçını avqustun 5-də səfərdə keçirəcək. Bakıda cavab qarşılaşması avqustun 12-də baş tutacaq.

UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi

5 avqust

22:00 "Şkendiya" - "Qarabağ"

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor

Dördüncü hakim: Peter Kraloviç

VAR: Mixal Oçenaş

AVAR: Boris Marhefka

"Todor Proeski" stadionu.

12 avqust

20:00 "Qarabağ" - "Şkendiya"

Baş hakim: Danni Makkelie

Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries

Dördüncü hakim: Mark Naqteqaal

VAR: Dennis Hiqler

AVAR: Riçard Marten

Tofiq Bəhramov adına Respublika Stadionu.