Final yolu: "Qarabağ" "Araz-Naxçıvan", "Neftçi" "Sabah"a qarşı

Final yolu: "Qarabağ" "Araz-Naxçıvan", "Neftçi" "Sabah"a qarşı

Futbol üzrə Azərbaycan Kuboku yarışlarında 1/4 final mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, cavab görüşlərindən sonra "Qarabağ", "Neftçi", "Sabah" və "Araz-Naxçıvan" yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda Ağdam klubu Naxçıvan təmsilçisi ilə, "Neftçi" "Sabah"la qarşılaşacaq.

Yarımfinal mərhələsinin ilk oyunları aprelin 2-də, cavab matçları isə aprelin 23-də baş tutacaq.