"Zirə"nin yeni transferi zədələndi - Uzun müddət oynaya bilməyəcək

"Zirə"nin yeni transferi Əbdül Əziz Batibienin diz bağları qopub.
"Mediasport" xəbər verir ki, əməliyyat olunacaq toqolu vinger 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, qəsəbə təmsilçisi 18 yaşlı futbolçunu bu ilin iyul ayında 4 illik müqavilə ilə transfer etmişdi.