"Qarabağ"ın yetirməsi 1-ci liqa komandası ilə müqavilə bağladı
Azərbaycanın 1-ci liqa klubu "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, "fədailər" "Qarabağ"ın yetirməsi Nihad Əliyevi transfer ediblər.
Müdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.
U-16, U-17 və U-19 yığmalarımızda forma geyinmiş Nihad "Qarabağ"ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında oynayıb.
