Tovuzlu azarkeşlərdən etiraz: "Ədalətli hakimlik istəyirik"

 Tovuzlu azarkeşlərdən etiraz: "Ədalətli hakimlik istəyirik"

"Turan Tovuz"un azarkeşləri Azərbaycan Prmeyer Liqasının 23-cü turunun "Araz-Naxçıvan"la görüşünə fərqli hazırlıqla çıxıblar.

Mediasport.com.az xəbər verir ki, qərb təmsilçisinin fanat ordusu hakimlərə qarşı etiraz aksiyası hazırlayıblar.

Matçın ilk dəqiqələrini arxası meydana tərəf keçirən azarkeşlər "Ədalətli hakimlik istəyirik" pankartı açıblar.

Xatırladaq ki, oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.