Azərbaycan Prezidenti "Sabah" klubuna 5 milyon manat ayırdı

Azərbaycan Prezidenti "Sabah" klubuna 5 milyon manat ayırdı

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

"Mediasport" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, "Sabah" avqustun 25-də UEFA Çempionlar Liqasının pley-offunda İsrailin "Hapoel" (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb.