ŞAD XƏBƏR! "Qarabağ"ın lideri "Şkendiya" ilə matçda oynayacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" ilə ilk oyununu Şimali Makedoniyada keçirəcək "Qarabağ"da zədəli futbolçularla bağlı yeni məlumat var.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin "Mediasport"a verdiyi xəbərə görə, Marko Yankoviç bu görüşdə meydana çıxa bilər.
İki həftədən çoxdur zədəli olan monteneqrolu yarımmüdafiəçi tam sağalıb.
Yeni transferlərdən zədəli olan Dani Bolt isə ilk matçı buraxacaq.
Xatırladaq ki, avqustun 5 -də baş tutacaq "Şkendiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.