PSJ-nin üzvü "Sabah"la anlaşdı

PSJ-nin üzvü "Sabah"la anlaşdı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Masazır təmsilçisi PSJ-nin qapıçısı Bilal Laurendonla anlaşıb. 

Bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb. 

Bildirilib ki, parislilərlə müqaviləsi yayda başa çatacaq 20 yaşlı qolkiper Azərbaycana azad agent kimi gələcək.

Mərakeş millisinin üzvü ilə sözləşmənin detalları razılaşdırılıb. 

2019-cu ildən Paris klubunun akademiyasında olan Bilal əsas komandada bir neçə görüşdə işirak ərizəsində yer alıb.