Millinin heyətində dəyişiklik edildi - "Qəbələ"nin üzvü yığmaya çağırıldı
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
"Mediasport" xəbər verir ki, "Səbail"in oyunçusu Emin Rüstəmovun əvəzi heyətdən çıxarılıb.
Onun əvəzinə yığmaya “Qəbələ”nin üzvü Ceyhun Bağırzadə cəlb olunub.
Yanvarın 17-dək toplanışda olacaq komanda "Səbail" və "Şamaxı" ilə yoxlama oyunları keçirəcək.
