İngiltərə klubunun belçikalı müdafiəçisi Azərbaycana gəldi
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Masazır klubu Qodfred Boakini transfer edib.
Belçikalı İngiltərənin “Birmingem” klubundan icarəyə götürülüb. Anlaşmanın müddəti 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub.
20 yaşlı mərkəz müdafiəçisi “bayquşlar”ın əvəzedicilərdən ibarət komandasında forma geyinəcək.
“Birmingem”in yetirməsi olan Boaki karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın “İnter” (Turku) komandasında da oynayıb.
