"Şamaxı"da "təmizləmə əməliyyatı" başlandı: İki legionerlə vidalaşdılar

 "Şamaxı"da "təmizləmə əməliyyatı" başlandı: İki legionerlə vidalaşdılar

Premyer Liqada 4-cü dövrənin uğurlu komandalarından "Şamaxı" heyətdə "təmizləmə əməliyyatı"na başlayıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi artıq iki legionerlə vidalaşıb.

Müdafiəçilər Vasiliye Bakiç və Vasiliye Radenoviçlə mövsümün sonunda başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.

Bir müddətdir komandaya kömək edə bilməyən zədəli serbiyalılar müalicələrini ölkələrində davam etdirəcəklər.

Şamaxı təmsilçisi sona 2 tur qalmış 36 xalla 7-ci pillədə qərarlaşıb.