"Növbəti mərhələyə yüksəlmək şansımız olacaq" - "Tvente"li vinger
"Asan oyun deyildi. Güclü rəqib idi, çox qaçmalı olduq. Mənim də iki qol fürsətim var idi, şansları qaçırdım. Buna görə hisslərim yaxşı deyil".
"Mediasport" xəbər verir ki, bu sözləri Niderlandın "Tvente" klubunun futbolçusu Sondre Holmlund Öryaseter deyib.
Norveçli vinger "Qarabağ"la UEFA Konfrans Liqasının ilk pley-off matçı haqda danışıb, 0:1 hesablı ev məğlubiyyətini şərh edib:
"Həqiqətən yaxşı rəqibə qarşı oynadıq. Lakin fikrimcə, öz səhvlərimizə ucbatından sərfəli nəticə qazana bilmədik.
Artıq enerjimizi bərpa edib ruhdan düşməməliyik. Yaxşı komandamız var. Cavab oyununda qol imkanları yarada bilərik.
Əgər erkən qol vursaq, düşünürəm ki, növbəti mərhələyə yüksəlmək şansımız olacaq".
Xatırladaq ki, komandalar arasında Bakıdakı cavab görüşü avqustun 27-də keçiriləcək.


