DÇ: "Trabzonspor"un futbolçusu Azərbaycana qarşı oynamayacaq

DÇ: "Trabzonspor"un futbolçusu Azərbaycana qarşı oynamayacaq

Oktyabrın 13-də DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Ukrayna yığması meydana itki ilə çıxacaq.

"Mediasport" xəbər verir ki, baş məşqçi Sergey Rebrov Polşanın Krakov şəhərində keçiriləcək görüşdə vinger Aleksandr Zubkovun xidmətindən istifadə edə bilməyəcək.

"Trabzonspor"un futbolçusu zədə səbəbindən millimiz və 3 gün əvvəl İslandiya seçməsi ilə dueli buraxacaq.

Heyətdən çıxarılan Zubkovun yerinə komandaya "Şaxtyor"dan Oleq Oçeretko çağırılıb.