"Qəbələ" Eduardo ilə gücləndi
“Qəbələ” növbəti transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb.
24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib.
O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.


