Millimizin qapıçısı zədələndi, Fransaya qarşı oynamayacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
"Mediasport" xəbər verir ki, "Neftçi"nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb.
Onun əvəzinə "Marcet"in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.
Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Kapbreton şəhərində yerləşən "Burre" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.