"Sumqayıt" bu dəfə Serbiya klubuna böyük hesabla uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" ikinci yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv Serbiyanın OFK klubu ilə qarşılaşıb.
Görüş Belqrad təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çaatıb.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə ilk yoxlama matçında Macarıstan "Pakş" komandasına 1:5 hesabı ilə məğlub olmuşdu.
Təmsilçimizin son sınaq dueli yanvarın 16-da "Osiyek"ə (Xorvatiya) qarşı olacaq.
