Azərbaycanın 1-ci Liqa klubu fransalı hücumçu transfer etdi
1-ci Liqaya hazırlaşan “Şahdağ Qusar” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.
"Mediasport" xəbər verir ki, Qusar təmsilçisi fransalı hücumçu İdir Butrifini heyətinə qatıb.
Əlcəzair əsilli 26 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Butrifinin son klubu Lüksemburqda “Kaerjenq” olub.
O, 2023-cü ildən bu klubun formasını geyinib və 61 oyunda 28 qol vurub.


