"Səbail" "Zaqatala"nı qəbul edir, "Şəfa"nı paytaxt derbisi gözləyir

"Səbail" "Zaqatala"nı qəbul edir, "Şəfa"nı paytaxt derbisi gözləyir

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 5-ci turun proqramı açıqlanıb.

"Mediasport" xəbər verir ki, tur üç oyun gününü əhatə edəcək.

Liderlərdən "Şəfa" paytaxt derbisində "Baku Sportinq"lə üz-üzə gələcək.

Premyer Liqaya digər iddialı "Səbail" isə "Zaqatala" ilə qarşılaşacaq.

Bütün qarşılaşmalar Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.


Azərbaycan 1-ci Liqası. 5-ci tur


15 oktyabr (çərşənbə)

“Səbail” – “Zaqatala” 

“ASCO Arena”, 16:00


16 oktyabr (cümə axşamı)

MOİK – “Cəbrayıl”

Binə qəsəbə stadionu, 14:30 

“Mingəçevir” – “Şimal”

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30

“Difai” – “Şahdağ Qusar”

Ağsu şəhər stadionu, 14:30


17 oktyabr (cümə)

“Baku Sportinq” – “Şəfa”

Buzovna qəsəbə stadionu, 14:30