Gedən oyunçuların sayı 9-a çatdı

Gedən oyunçuların sayı 9-a çatdı

Daha 2 futbolçu "Karvan-Yevlax"dan ayrılıb.

"Mediasport" xəbər verir ki, klub Emin Rüstəmov və Şakil Sno ilə başa çatan müqavilələrin müddətini uzatmayıb.

Emin aranlıların heyətində 2025/2026 mövsümündə ümumilikdə 16 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Şakil isə 33 matçda 1 qol 1 assistlə fərqlənib.

Xatırladaq ki, əyalət təmsilçisi onlaradək Kayl Spens, Pedro Mateuş, Qavi Tompson, Coy Slayd Mikels, Moise Nqvisani, Olavale Doyeni və İmani Barkerlə vidalaşıb.

"Karvan-Yevlax" yeni mövsümdən Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq.