"Qurbanov paltardəyişmə otağında çox qəzəbli idi, hamını söyürdü"

"Qurbanov paltardəyişmə otağında çox qəzəbli idi, hamını söyürdü"

“Qurbanov çox ambisiyalıdı. Hətta “Liverpul”la oyunda da qalib gəlmək istəyirdik, bu üzdən də 0:6 uduzduq (gülür). Hücumameyilli oynadıq. Qurbanov paltardəyişmə otağında çox qəzəbli, məyus idi, hamını söyürdü. Sonra isə dedi ki, "Yaxşı, pley-offdayıq, tarix yazdıq, sevinin, uşaqlar”.

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Azərbaycan yığmasının qolkiperi Rusiya mətbuatına açıqlamasında Azərbaycanda uşaq futbolundan, komandasının UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmasından danışıb:

"Ümid edirəm ki, Çempionlar Liqasının pley-off mərhələsinə çıxış təkcə ‘Qarabağ’ deyil, bütün Azərbaycan futbolunun inkişafı üçün təkan olacaq.

Düşünürəm ki, bu, insanların akademiyalara, gənclərə və uşaqlara investisiya etməli olduqlarını anlayacaqları dönüş nöqtəsi olmalıdır. Bu cür imkanlardan möhkəm yapışmaq və irəliyə doğru hərəkətə başlamaq lazımdır".

"Şah" qeyd edib ki, yerli oyunçuların inkişafı üçün uşaq futboluna diqqət artmalıdır:

"Belə bir anı qaçırmaq olmaz. Bütün uşaqlar futbola gəlmək istəyir, hər biri özünü hansısa futbol ulduzunun adı ilə çağırır. Uşaq futboluna yatırım etmək və nəticəni təxminən 10 ildən sonra gözləmək lazımdır. Onda vaxt heyətdə 2 yox, artıq 11 azərbaycanlı futbolçu olacaq”.