Millimiz Bakıdakı DÇ-də Çilini məğlub etsə, 65-ci yeri tuta bilər
Bakıda keçirilən futbol üzrə U-15 Dünya Kuboku və Festivalında Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu yığma oktyabrın 28-də Çili komandasıi lə qarşılaşacaq.
Millimiz bundan sonra təsnifat qrupunda 3-cü yeri tutmuş komandalar arasında rəmzi çempionluq üçün mübarizə aparacaq.
Ən yaxşı halda 65-ci olacağıq. Futbolçularımız Çili kollektivini məğlub etsələr, C yolunun (təsnifat qrup 3-cüləri) 1/8 finalında, uduzsalar, 81-ci yer uğrunda yarışacaqlar.
Cütün qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə görüşəcək.
Xatırladaq ki, yığmamız yer aldığı AF təsnifat qrupunda Şərqi Timor, Andorra və İsraildən (6:0, 1:0, 3:1) üstün olub, Avstraliya və Haitiyiə uduzaraq (1:3, 0:4) 9 xalla qrup 3-cüsü olub.
Təqvimə əsasən, millimiz oktyabrın 28-dən 30-dək beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a çatacaq.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq DÇ-nin görüşləri Hövsan Yarış Kompleksinin meydançalarında keçirilir.
Yalnız açılış və final matçları Bakı Kristal Zalına salınıb.

