PFL-dən 2-ci Liqa klublarına dəstək

Peşəkar Futbol Klubu (PFL) Azərbaycan 2-ci Liqası klublarının maddi-texniki bazasına dəstək nümayiş etdirib.
"Mediasport" xəbər verir ki, qurum bu məqsədlə hər bir kluba 2025-26-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edib.
"Adidas Tiro Pro" FİFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir.
Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb.
Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.