Millimizin üzvləri Avropa çempionatında 6 medal qazandı

 Millimizin üzvləri Avropa çempionatında 6 medal qazandı

Karatenin fullkontakt/şinkyokuşin üslubu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında uğurla iştirak edib.

"Mediasport" xəbər verir ki, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə təmsil olunub.

Böyüklər arasında Əliqismət Həsənov (-70 kq) gümüş medal qazanıb.

Səlahət Həsənov (-80 kq) və Solmaz Zeynallı (-59 kq) isə bürünc medala sahib olublar.

Gənclər arasında Zamin Fərəcov (-75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu olub.

Elmir Cəbrayılov (-75 kq) gümüş medal, Nihat İmanov (-65 kq) gümüş medal qazanıb.