"Zirə" ilə müqaviləni yeniləyən Ruan: "Hekayəmiz davam edir"

"Çox xoşbəxt və motivasiyalıyam. Hekayəmiz davam edir".
"Mediasport" xəbər verir ki, bu fikirlər "Zirə"nin futbolçusu Ruan Renatoya məxsusdur.
"Qartallar"la yeni müqavilə bağlayan braziliyalı müdafiəçi təəssüratlarını paylaşıb, xişbəxt olduğuna işarə vurub.
Qeyd edək ki, 31 yaşlı "sambaçı" qəsəbə təmsilçisinin heyətində 2023-cü ildən forma geyinir.
Onunla yeni anlaşma 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.