"Xankəndi"də 1 illik yeni müqavilə

Yeni mövsümdə futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışacaq "Xankəndi" komandanın kapitanı ilə müqaviləni yeniləyib.
"Mediasport" xəbər verir ki, Qarabağ klubu Əziz Hüseynovla 1 illik yeni sözləşmə imzalayıb.
Əziz karyerası ərzində "Karvan", "Qəbələ", "Araz Naxçıvan", "Rəvan", "Neftçala", "Şəmkir", "Turan" və "Füzuli" klublarında forma geyinib.