Yunanıstanda Azərbaycanın iki idmançısı dünya çempionu oldu

 Yunanıstanda Azərbaycanın iki idmançısı dünya çempionu oldu

Yunanıstanın paytaxtı Afinada usta ağırlıqqaldıranlar arasında dünya çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçiləri birincilikdə uğurla çıxış ediblər.

M70 yaş kateqoriyasında Vaqif Müsəddiq (85 kq) toplam 147 kq nəticə ilə, Zülfüqar Süleymanov (75 kq, M40) isə iki hərəkətin cəmində 249 kq nəticə ilə qızıl medal qazanıb.

Digər idmançımız Səddar Quliyev (85 kq, M75) toplam 126 kq nəticə göstərərək yalnız çempiondan geri qalıb.