"Sabah" Çempionlar Liqasında "Slaviya" ilə qarşılaşır - YENİLƏNİR

"Sabah" Çempionlar Liqasında "Slaviya" ilə qarşılaşır - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turu start götürəcək.

"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi “Sabah” Bakıda ilk matçını keçirəcək.

İlk turda səfərdə "Mançester Yunayted"ə uduzan ölkə çempionu Çexiyanın “Slaviya” (Praqa) kollektivi ilə qarşılaşacaq.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 2-ci tur


20:45. “Sabah” – “Slaviya” (Praqa)

Hakimlər: Sebastyan Gishamer

Yan xətt hakimləri: Roland Ridel, Santino Şreyner

Dördüncü hakim: Valter Altmann

VAR: Alan Kiyas

AVAR: Jozef Spurni

Bakı, Bakı Olimpiya Stadionu.