"Qəbələ" öz yetirməsini "Turan Tovuz"dan icarəyə götürdü

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
Mediasport.com.az xəbər verir ki, bölgə təmsilçisi akademiyanın yetirməsi İbrahim Ramazanovla yeni müqavilə bağlayıb.
20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. İcarə müddəti 1,5 il olacaq Ramazanov 2026-cı ilin yayına qədər “qırmızı-qara” formada çıxış edəcək.
Qeyd edək ki, İbrahim 2023/24 mövsümündə “Qəbələ”də 4 oyun keçirib.