"Neftçi" "Sabah"ı təbrik edib

"Neftçi" "Sabah"ı təbrik edib

“Rəhbərlik səviyyəsində “Sabah”ın və ya başqa klubların Avropadakı uğuruna görə təbrik hər zaman olunur.

"Mediasport" xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.

C.Sümer “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsindən sonra “Neftçi”nin sosial şəbəkə hesabında təbrik paylaşımı etməməsi barədə tənqidlərə münasibət bildirib.

O, bunun səbəbini belə izah edib:

"Baxın, biz rəhbərlər olaraq, onsuz da dostuq. Kiminləsə düşmən deyilik, hər kəslə yaxşı münasibətlərimiz var.

Kommunikasiya planı daxilində bunu etdik. Nəticədə “Sabah” ilk dəfə Çempionlar Liqasında, ilk cəhdində - yəni çempion olduğu ilk mövsümün ardından bu mərhələyə adladığı üçün “Neftçi” olaraq təbrikimizi etdik”.