Azərbaycanda uğursuz olan baş məşqçi Premyer Liqa klubunda
"Araz-Naxçıvan"ın uğursuz baş məşqçisi olmuş Andrey Demçenko özünə yeni iş yeri tapıb.
"Mediasport" xəbər verir ki, ukraynalı mütəxəssis Qazaxıstanda çalışacaq.
50 yaşlı məşqçi 2027-ci ilin iyununadək Premyer Liqa təmsilçisi "Jenis"də işləyəcək.
Xatırladaq ki, Demçenko 2025/26 mövsümünün 2-ci yarısında "Araz-Naxçıvan"a rəhbərlik edib.

