"Sabah"ın UEFA Çempionlar Liqasında rəqibi Uels klubu oldu
UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümü üçün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, Azərbaycanı yarışda təmsil edəcək "Sabah"ın rəqibi də müəyyənləşib.
Ölkə çempionu Uelsin TNS klubu ilə qarşılaşacaq.
Bu raundun oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.
Təmsilçimizin ilk görüşü Bakıda baş tutacaq.


