İspaniya klubunun Avropa Liqası oyunu Əliyar Ağayevə tapşırıldı
FİFA hakimi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
"Mediasport" xəbər verir ki, referi noyabrın 5-də Liqa mərhələsinin 4-cü turu çərçivəsində İspaniyada baş tutacaq "Selta Viqo" - "Yunion" (Belçika) görüşünü idarə edəcək.
Ona yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Matç noyabrın 6-na keçən keçən gecə - saat 00:00-da start götürəcək.

