Azərbaycan milli komandası DÇ-də Mozambik yığmasını məğlub etdi

Azərbaycan milli komandası DÇ-də Mozambik yığmasını məğlub etdi

Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

“Mediasport” xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 8-ci oyununda Mozambik yığmasını məğlub edib.

C səviyyəsində 81-88-ci yerlər uğrunda mübarizə aparan futbolçularımız 4:1 hesabı qələbəyə seviniblər.

Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Digər qol avtqol olub.

Azərbaycan komandası 81-84-cü yerlər uğrunda yarımfinal görüşündə Vyetnam millisi ilə qarşılaşacaq.

Hövsan Yarış Kompleksində keçiriləcək matç saat 19:30-da start götürəcək.