Azərbaycanın 1-ci Liqa klubu daha 3 futbolçusu ilə yollarını ayırdı

Azərbaycanın 1-ci Liqa klubu daha 3 futbolçusu ilə yollarını ayırdı

Futbol üzrə Azərbaycan 1-ci Liqa təmsilçisi "Difai"də "təmizləmə əməliyyatı" davam edir.

"Mediasport" xəbər verir ki, "fədailər" daha 3 futbolçu ilə yollarını ayırıb.

Seymur Əliyev, Xəyyam Məmmədli və Arzu Atakişiyevlə başa çatan müqavilə yenilənməyib.

Bununla da "Difai"dən yola salınan oyunçuların sayı 15-ə çatıb.

Qeyd edək ki, komanda ötən mövsüm liqanı 26 xalla 9-cu pillədə bitirmişdi.