Azərbaycanlı futbolçu Rusiyada turun rəmzi heyətinə seçildi
Rusiyanın 1-ci Liqasında yarışan "Torpedo"nun azərbaycanlı futbolçusu Sadiq Baqiyev həftənin rəmzi komandasına seçilib.
"Mediasport" xəbər verir ki, U-19 yığmamızın sabiq üzvü 24-cü turun simvolik komandasında ən yaxşı yarımmüdafiəçilərdən olub.
O, "Nefteximik"lə görüşdə baxımlı qolla yadda qalıb.
Xatırladaq ki, Moskva klubu 27 xalla 18 komandalı çempionatın turnir cədvəlinin 15-ci pilləsində yer alıb.
