Yığmamız Ukrayna ilə üz-üzə - AVRO-2027-də seçmə mərhələ
Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AVRO-2027-nin seçmə qrup mərhələsində növbəti görüşünü keçirəcək.
"Mediasport" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Latviyada Ukrayna seçməsinin qonağı olacaq.
Paytaxt Riqada reallaşacaq matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Xatırladaq ki, basketbolçularımız qrupun əvvəlki oyunlarında Bolqarıstan (48:141) və Monteneqroya (62:104) uduzublar.
