Milli üzvü "Neftçi"yə keçdi

 Milli üzvü "Neftçi"yə keçdi

"Neftçi" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan "Mediasport"a verilən məlumata görə, Bakı təmsilçisi 19 yaşlı Derin Berközü transfer edib.

Azərbaycan millisinin üzvü ilə qarşıdakı mövsümün sonuna qədər müqavilə imzalanıb.

Berközün son klubu NTD olub.