Yığma komandamız İslam Oyunlarının çempionu oldu
3x3 qadın basketbolçulardan ibarət Azərbaycan yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
"Mediasport" xəbər verir ki, yarımfinalda Misir millisini sıradan çıxaran komandamız həlledici görüşdə Türkiyə seçməsi ilə üz-üzə gəlib.
21:13 hesablı qələbə əldə edən yığmamız yarışın qızıl medallarını qazanıb.
