"Qarabağ"ın keçmiş futbolçusu 41 yaşında ürəktutmadan vəfat etdi

  "Qarabağ"ın keçmiş futbolçusu 41 yaşında ürəktutmadan vəfat etdi

"Qarabağ"ın sabiq futbolçusu Caba Dvali dünyasını dəyişib.

"Mediasport" xəbər verir ki, 41 yaşlı veteran forvard ürəktutmasından vəfat edib.

Caba 2014-cü ildə "atlılar"ın heyətində icarə əsasında 5 oyun keçirib.

Hücumçu karyerası ərzində ölkəsinin "Dinamo" (Tbilisi), "Zestafoni" klublarında oynayıb.

Dvali Moldovada da legioner həyatı yaşayıb.