Azərbaycan milli komandasının üzvü 3 illik diskvalifikasiya olundu

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Aslan Abakarov ciddi sanksiyaya məruz qalıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 22 yaşlı idmançını 36 aylıq diskvalifikasiya edib.
Buna güləşçinin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.
Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.
Qeyd edək ki, Abakarov 6 ay əvvəl Azərbaycan çempionatında (97 kq) bürünc medal qazanıb, ötən il yığmamızın heyətində Albaniyada keçirilən dünya çempionatında iştirak edib.