"Arsenal" və "Yuventus"un sabiq üzvü dəhşətli qəzada həlak oldu
Futbol üzrə Avstriya milli komandasının sabiq qapıçısı Aleksandr Manninger faciəvi şəkildə vəfat edib.
"Mediasport" xəbər verir ki, 49 yaşlı veteran dəhşətli qəzada həyatını itirib.
Onun idarə etdiyi avtomobil dəmiryol xəttində qatarla toqquşub. Hadisə Zalsburq şəhərində qeydə alınıb.
Həkimlərin səyinə baxmayaraq, Manningerin həyatını xilas etmək mümkün olmayıb.
1999-2009-cu illərdə yığmada 33 oyun keçirmiş qolkiper "Arsenal", "Yuventus", "Fiorentina", "Udineze", "Torino", "Bolonya", "Espanyol" və "Auqsburq" kimi klublarda çıxış edib.
O, 1997/1998-ci illər mövsümündə İngiltərə, 2011/2012-ci illər mövsümündə İtaliya çempionu olub, "Arsenal"la Federasiya Kubokunu qazanıb.
