4 komanda Azərbaycan Kubokunda növbəti mərhələyə vəsiqə qazandı

4 komanda Azərbaycan Kubokunda növbəti mərhələyə vəsiqə qazandı

Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümü üçün 1-ci təsnifat mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

"Şəki Siti", "Qaradağ Lökbatan", "Dinamo" və "Ağstafa Gəncləri" növbəti mərhələyə vəsiqə qazanıblar.

Raunda sabah iki matçla yekun vurulacaq.

Saat 14:00-da başlanacaq bütün qarşılaşmalar Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq. 


Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi


9 oktyabr (cümə axşamı)

“Şəki Siti” – “Araz Saatlı” 3:2

Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Bakı. “Rekord Arena”.


“Qaradağ Lökbatan” – “Ağdaş” 8:0

Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov 

Hakim-inspektor: Şahin Cəfərov 

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.


“Dinamo” – “Kür-Araz” 3:2

Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Binə. Qəsəbə stadionu.


“Ağstafa Gəncləri” – “Şirvan” 1:0

Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov

Hakim-inspektor: Rövşən Əhmnədov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Ağstafa. Şəhər stadionu.


10 oktyabr (cümə)

“Göygöl” – “Şəmkir”

Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Göygöl. Olimpiya İdman Kompleksinin stadionu


“Quba” – “Xankəndi”

Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Quba. Olimpiya İdman Kompleksinin stadionu