Şeydayev Əfran İsmayılovun 15 minlik maaş təklifini rədd etdi

Şeydayev Əfran İsmayılovun 15 minlik maaş təklifini rədd etdi

"Qarabağ"la müqaviləsi başa çatan Ramil Şeydayev "Şəfa" ilə danışıqları dayandırıb.

"Mediasport" xəbər verir ki, hücumçu Premyer Liqanın yeni iştirakçısının təklifini rədd edib.

Bakılıların yeni vitse-prezidenti Əfran İsmayılov keçidi həll etməyi öz üzərinə götürsə də, Şeydayevə təklif olunan yekun məbləğ sövdələşmənin baş tutmamasına səbəb olub.

Əvvəlcə "Şəfa"da oynamağa isti yanaş millimizin sabiq futbolçusu klub rəsmisinin qarşısına şərt qoyub ki, müqavilə məbləği artırılsın.

Məlumata görə, debütant forvarda aylıq 15 min manat əmək haqqı təklif edib.