DİQQƏT! "Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı

DİQQƏT! "Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı

Avqustun 27-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" (Niderland) matçının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manat, VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda isə 150 manat təşkil edir.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, komandalar arasında ilk oyun bu axşam keçiriləcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması saat 20:00-da start götürəcək.