Sadıqov Dubayda dincəlir, "Zirə" aylardır reklam pullarını gecikdirir
"Zirə" maliyyə problemi ilə üzləşib.
Klubdan "Mediasport"a verilən məlumata görə, qəsəbə təmsilçisi işçilərinin müqavilə şərtlərinin icrasını yerinə yetirməkdə çətinlik çəkir.
Bildirilir ki, klubda çalışan azərbaycanlılar 6 aydan çoxdur maaşlarını, mükafat və bonusları vaxtlı-vaxtında ala bilmirlər.
Ödənişlərin gecikdirilmədən həyata keçirilməsi FİFA-ya şikayət olunacağı qorxusundan yalnız heyətdəki əcnəbilərə şamil edilir.
Rəşad Sadıqovun komandası mətbuatla rəsmi əməkdaşlıq üçün etməli olduğu reklam pullarını 2 aydır gecikdirir.
Xatırladaq ki, komandanın baş məşqçisi Rəşad Sadıqov bugünlərdə Dubaya yollanıb, dünyanın ən hündür məşhur tikilisi "Bürc Xəlifə"dən foto paylaşıb.
