“Qarabağ”ın üzvləri Çempionlar Liqasının ən sürətliləri sırasında

“Qarabağ”ın üzvləri Çempionlar Liqasının ən sürətliləri sırasında

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən komandaların futbolçularının oyunlardakı qaçış sürəti ilə bağlı hesabatı açıqlayıb.

"Mediasport" xəbər verir ki, 5 mövqe üzrə 20 futbolçunun adının yer aldığı sıralamada “Qarabağ”ın üzvləri də var.

Mərkəz müdafiəçiləri arasında ən yüksək göstərici Kevin Medinaya məxsusdur. Kolumbiyalı 33,5 kilometr/saatla 12-ci olub.

Cinah müdafiəçilərinin statistikasında Elvin Cəfərquliyev (34,92 kilometr/saat) 6-cı, vingerlərdən Emmanuel Addai (35,87 kilometr/saat) 4-cü, mərkəz hücumçuları arasında isə Kamilo Duran (33,42 kilometr/saat) 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, CIES-in hesabatı futbolçuların oyun zamanı çatdığı maksimal sürət və qaçış göstəriciləri əsasında hazırlanıb.