"Traktor" Çempionlar Liqasında darmadağınla qələbə qazandı

Futbol üzrə Asiya Çempionlar Liqasında əsas mərhələnin 3-cü turu start götürüb.
"Mediasport" xəbər verir ki, son İran çempionu "Traktor" Birləşmiş Ərəb Əmirliklərində "Şarja" ilə qarşılaşıb.
Cənubi Azərbaycan klubu səfərdə olmasına baxmayaraq, rəqibini darmadağın edib - 5:0.
Xal ehtiyatını 5-ə çatdıran Təbriz təmsilçisi 12 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, "al qurdlar" ilk iki görüşdə heç-heçə ediblər.