Yankoviç 69 dəqiqə meydanda qaldı, Monteneqro heç-heçə etdi
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro milli komandasında növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin üzvü Slovakiya ilə yoxlama matçına start heyətdə başlasa da, sonradan əvəzlənib.
Qarşılaşma heç-heçə ilə başa çatıb - 2:2.
Xatırladaq ki, "Qarabağ"ın oyunçusu Bolqarıstanla görüşdə (1:0) məhsuldar ötürmə müəllifi olmuşdu.


