Azərbaycanda bu stadionun elektrik naqillərini oğurladılar
Şəmkir Olimpiya Kompleksinin stadionunda quldurluq hadisəsi törədilib.
"Mediasport" xəbər verir ki, arenanın ərazisindən oğurluq edilib.
Gecə saatlarında stadionun elektrik naqilləri oğurlanıb.
Nəticədə “Şəmkir” Futbol Klubunun ev oyunlarını keçirdiyi arenanın işıqlandırma sistemi sıradan çıxıb.
Soyğunçular meydançanın projektorlarının kabellərini də aparıblar.
Hadisə komanda üzvlərinin kompleks ərazisindəki kotteclərdə olduğu zaman baş verib.
Xatırladaq ki, kompleks Gənclər və İdman Nazirliyinin balansındadır.
