Şahmatçılarımız Qazaxıstanda 2 qızıl, 1 bürünc medal qazandılar

Şahmatçılarımız Qazaxıstanda 2 qızıl, 1 bürünc medal qazandılar

Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası və U-16 yığmamız Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin çempionatında uğurla 1-ci yeri tutub.

"Mediasport" xəbər verir ki, İlahə Qədimovanın kapitanı olduğu Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət yığmamız buna 6 görüşdən 4 qələbə və 2 heç-heçə ilə nail olub.

10 xalla qızıl medal qazanan komandamız Qazaxıstan və Özbəkistan millilərini qabaqlayıb.

Eyni uğuru eyni xalla Fərid Abbasovun kapitanı olduğu Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandamız 6 turun 5-də qalib gəlməklə əldə edib.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası isə turniri bürünc medalla başa vurub.

Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi milli 6 tura 3 qələbə ilə 7 xal toplayıb və sıralamada 3-cülüyə yiyələnib.